Türkiyə XİN başçısı: “Qaqauz Yeri muxtar bölgəsi Moldovanın ayrılmaz parçasıdır”

Türkiyə XİN başçısı: “Qaqauz Yeri muxtar bölgəsi Moldovanın ayrılmaz parçasıdır” “Qaqauz Yeri muxtar bölgəsi Moldovanın ayrılmaz parçasıdır”.
Region
7 Dekabr , 2022 13:07
Türkiyə XİN başçısı: “Qaqauz Yeri muxtar bölgəsi Moldovanın ayrılmaz parçasıdır”
Mövlud Çavuşoğlu

“Qaqauz Yeri muxtar bölgəsi Moldovanın ayrılmaz parçasıdır”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu moldovalı həmkarı Niku Popesku ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyə Moldovanın ərazi bütövlüyünü tanıyır: “Biz Moldovanın ərazi bütövlüyünə hörmət edirik. Bugünkü söhbətimiz zamanı həm də Ukraynadakı müharibədən danışdıq. Ukraynadakı savaş Moldovaya çox təsir edib”.

M.Çavuşoğlu bildirib ki, Türkiyə həm Ukrayna, həm də Rusiya üçün ədalətli sülh sazişində maraqlıdır.

Son xəbərlər

Orphus sistemi