Türkiyə XİN: Trampın yanlış ifadələrini və subyektiv tarixi şərhini rədd edirik

Türkiyə XİN: Trampın yanlış ifadələrini və subyektiv tarixi şərhini rədd edirik Bakı. 25 aprel. REPORT.AZ/ “ABŞ Prezidenti Donald Tramp tərəfindən 1915-ci il hadisələri haqqında 2018-ci il aprelin 24-də yayılan yazılı açıqlamadakı yanlış ifadələri və subyektiv tarixi şərhi rədd edirik”.
Region
25 Aprel , 2018 12:20
Türkiyə XİN: Trampın yanlış ifadələrini və subyektiv tarixi şərhini rədd edirik

Bakı. 25 aprel. REPORT.AZ/ “ABŞ Prezidenti Donald Tramp tərəfindən 1915-ci il hadisələri haqqında 2018-ci il aprelin 24-də yayılan yazılı açıqlamadakı yanlış ifadələri və subyektiv tarixi şərhi rədd edirik”.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanıb. 

“ABŞ prezidentinə həmin illərdə erməni qiyamçıların iştirak etdiyi hadisələrdə 500 mindən çox müsəlmanın qətlə yetirildiyini də xatırladırıq. Türkiyə Ortaq Tarixi Komissiyanın qurulması yolu ilə həmin dövrün aydınlaşdırılmasını, arxivlərin araşdırmaçıların istifadəsinə verilməsini təklif edir”, - bəyanatda qeyd olunub.

Qeyd edək ki, Donald Tramp adından yayılan yazılı açıqlamada Osmanlı imperiyasında bütün millətlərin təzyiqlərə məruz qaldığı bəyan olunub.

Son xəbərlər

Orphus sistemi