Türkiyə XİN: "Biz Niderlanda onqat artıq cavab verəcəyik"

Türkiyə XİN: "Biz Niderlanda onqat artıq cavab verəcəyik" "Ankara bu rüsvayçılığı hər dəfə Avropaya xatırladacaq"
Region
12 Mart , 2017 09:23
Türkiyə XİN: Biz Niderlanda onqat artıq cavab verəcəyik

Bakı. 12 mart. REPORT.AZ/ "Niderland türk nazirlərin ölkəyə girişinə qadağa qoymaq qərarına görə cavab verəcək".

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Niderland nə edir etsin, Türkiyə on dəfə artığını edəcək. Biz heç nədən çəkinmirik. Niderland siyasətçilərinin hərəkətləri insanlıqdan kənardır", - deyə o əlavə edib.

Nazir qeyd edib ki, Niderland hakimiyyətinin Türkiyənin XİN rəhbərinin ölkəyə girişinə icazə verməməsi istənilən halda qəbuledilməzdir:

"Lakin Niderlandın naziri (Ailə və sosial siyasət naziri Fatma Bətul Sayan Kaya) Türkiyənin Rotterdamdakı Baş konsulluğu binasına buraxmaması Avropa üçün utancvericidir. Və Ankara hər dəfə bu rüsvayçılığı Avropaya xatırladacaq".

Son xəbərlər

Orphus sistemi