Türkiyə XİN başçısı: "Tillerson Türkiyə-Amerika münasibətlərinin mürəkkəb dövründə vəzifəni tərk etdi"

Türkiyə XİN başçısı: "Tillerson Türkiyə-Amerika münasibətlərinin mürəkkəb dövründə vəzifəni tərk etdi" Türkiyə qarşılıqlı hörmət əsasında ABŞ ilə dialoqu davam etdirmək istəyir
Region
14 Mart , 2018 14:54
Türkiyə XİN başçısı: Tillerson Türkiyə-Amerika münasibətlərinin mürəkkəb dövründə vəzifəni tərk etdi

Bakı. 14 mart. REPORT.AZ/ "ABŞ dövlət katibinin dəyişməsi martın 19-da Vaşinqtonda planlaşdırılan ABŞ və Türkiyə xarici siyasət qurumlarının rəhbərləri arasındakı danışıqları sual altına qoyur."

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, Reks Tillerson Türkiyə-Amerika münasibətlərinin mürəkkəb dövründə vəzifəni tərk etdi: "Biz onunla, həqiqətən, çətin şəraitdə çalışmışıq, amma hər halda dialoqu davam etdirmişik."

Onun sözlərinə görə, Türkiyə qarşılıqlı hörmət əsasında ABŞ ilə dialoqu davam etdirmək istəyir: "Dövlət katibinin kim olacağı bizim üçün əhəmiyyətli deyil, amma bu vəzifəyə gələn şəxs maraq və fikirlərimizə hörmətlə yanaşmalıdır. Amerika bəzi ölkələrə, regionlardakı bəzi problemlərə yuxarıdan baxır."

Orphus sistemi