Türkiyə XİN başçısı terrorizmə qarşı mübarizədə Qərbdən qətiyyətli dəstək gözləyir

Türkiyə XİN başçısı terrorizmə qarşı mübarizədə Qərbdən qətiyyətli dəstək gözləyir "Bəzi Qərb ölkələri Türkiyədəki dövlət çevrilişi cəhdinin uğurlu olmasını istəyirdi"
Region
4 Yanvar , 2017 12:31
Türkiyə XİN başçısı terrorizmə qarşı mübarizədə Qərbdən qətiyyətli dəstək gözləyir

Bakı. 4 yanvar. REPORT.AZ/ "15 iyul hadisələrindən sonra bəzi ölkələr, xüsusilə də Qərb ölkələri səhvlər buraxdı. Onların bəziləri hətta dövlət çevrilişinə cəhdin uğurlu olmasını istəyirdi. Bu cəhd uğursuz alınınca onlar bu məsələ ilə bağlı təəssüflərini bildirdilər".

"Report" xəbər verir ki, bunu "Anadolu" agentliyində keçirdiyi mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O, 15 iyul olayından sonra Böyük Britaniyanın Avropa işləri naziri istisna olmaqla, heç bir avropalı nazirin uzun müddət Türkiyəyə səyahət etmədiyini vurğulayıb: "Sonradan Qərb ölkələri öz səhvlərini başa düşdülər. Ancaq biz gözlədiyimiz dəstəyi görmədik. Ardıcıl terror aktlarından sonra dəstək hiss elədik. Bir çox XİN başçıları başsağlığı verməyə, sosial şəbəkələrdə qeydlər etməyə başladı. Bizim Qərbdəki dostlarımızdan ən önəmli gözləntimiz terrorizmə qarşı mübarizədə qətiyyətli dəstəkdir".

XİN başçısı, həmçinin Türkiyənin Avropa İttifaqı üzvlüyünə qəbulu məsələsi ilə bağlı danışıqlara, eləcə də Aİ-nin terrorla mübarizədə Türkiyə qanunlarına dəyişikliklərin edilməsi tələbinə toxunub. M.Çavuşoğlu Aİ-nin tələblərinin hazırda yerinə yetirilə bilinməyəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi