​Türkiyə XİN başçısı siyasi partiyaların liderləri ilə görüşüb

​Türkiyə XİN başçısı siyasi partiyaların liderləri ilə görüşüb O, görüşlərin məhsuldar keçdiyini söyləyib
Region
15 Avqust , 2016 18:09
​Türkiyə XİN başçısı siyasi partiyaların liderləri ilə görüşüb

Bakı. 15 avqust. REPORT.AZ/ Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu siyasi partiyaların liderləri ilə Türkiyə-İsrail razılaşmasını müzakirə edib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, nazir görüşlərin məhsuldar keçdiyini söyləyib.

"İsraillə olan razılaşma da gündəlikdə idi. Xarici İşlər Nazirliyi olaraq razılaşmanı parlament sədrinə göndərmişik. O, hələ sənədi parlamentin gündəliyinə təqdim etməyib. Biz parlamentə gedərək məlumat verəcəyik. Qərar Türkiyə Böyük Millət Məclisinindir", - deyə M.Çavuşoğlu bildirib.

Qeyd edək ki, M.Çavuşoğlu bu gün ölkə parlamentində təmsil olunan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) TBMM-dəki fraksiyasının başçısı Mustafa Elitaş, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının (MHP) fraksiya sədri Erkan Akçayla görüşüb. 

Son xəbərlər

Orphus sistemi