Türkiyə və Səudiyyə XİN başçıları jurnalistin qətlini müzakirə ediblər

Türkiyə və Səudiyyə XİN başçıları jurnalistin qətlini müzakirə ediblər Bakı. 26 oktyabr. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr arasında telefon danışığı olub.
Region
26 Oktyabr , 2018 14:17
Türkiyə və Səudiyyə XİN başçıları jurnalistin qətlini müzakirə ediblər
0 : 00
0 : 00

Bakı. 26 oktyabr. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr arasında telefon danışığı olub. 

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, məlumat diplomatik mənbələrdən əldə olunub.

Tərəflər jurnalist Camal Qaşıqçının öldürülməsi hadisəsinin aydınlaşdırılması və ikitərəfli əlaqələri müzakirə ediblər.

Qeyd edək ki, C.Qaşıqçı oktyabrın 2-də Baş Konsullğun binasında öldürülüb. Krallıq onun qətlə yetirildiyi ilə bağlı açıqlama vermirdi. Ancaq C.Qaşıqçının paltarını geyinmiş və gözlüyünü taxmış bir nəfərin Baş Konsulluqdan çıxarılması səhnəsini quraşdırmaqla Səudiyyə Ərəbistanı jurnalistin diplomatik missiyadan çıxdığını beynəlxalq ictimaiyyətə sırımaq istəyib. Bununla da Camal Qaşıqçının itkin düşməsi məsələsində Türkiyəni ittiham etməyi planlaşdırıbmış. Lakin oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq jurnalistin Baş Konsulluğun binasında öldürüldüyünü etiraf edib. Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Mücib yerli “Ekberiye” telekanalına müsahibəsində jurnalistin öldürülməsinin əvvəlcədən planlaşdırıldığını deyib

Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman C.Qaşıqçının ailəsinə başsağlığı verib. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman isə Ər-Riyadda keçirilən “Future İnvestment İnitiative” beynəlxalq iqtisadi forumunda çıxışı zamanı bildirib ki, jurnalist Camal Qaşıqçının ölkəsinin İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilməsi təəssüf doğurur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da oktyabrın 23-də Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının toplantısında bu barədə çıxış edib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel C.Qaşıqçı ilə bağlı məsələni araşdırmaq üçün oktyabrın 23-də Türkiyəyə səfər edib. O, jurnalistin öldürülməsi ilə bağlı aparılan istintaq işi üzrə bir sıra görüşlər keçirib.

Bu arada Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Mücib jurnalistin öldürülməsinə görə oktyabrın 28-də Türkiyəyə səfər edəcək.

Son xəbərlər

Orphus sistemi