Türkiyə və Rusiya XİN başçıları Ukraynadakı vəziyyəti müzakirə edib

Türkiyə və Rusiya XİN başçıları Ukraynadakı vəziyyəti müzakirə edib Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
Region
12 Mart , 2022 18:04
Türkiyə və Rusiya XİN başçıları Ukraynadakı vəziyyəti müzakirə edib

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

“Report” “Milliyət”ə istinadən xəbər verir ki, tərəflər Ukrayna ətrafındakı durumu və son prosesləri müzakirə ediblər.

Qeyd edək ki, martın 10-da Antalyada Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitro Kuleba üçtərəfli görüşü keçirilmişdi. Bu, həmin görüşdən sonra M.Çavuşoğlu və S.Lavrovun ilk telefon danışığıdır.

Son xəbərlər

Orphus sistemi