Türkiyə və Rusiya Suriyada atəşkəsə dair razılığa gəlib

Türkiyə və Rusiya Suriyada atəşkəsə dair razılığa gəlib Ötən gün Türkiyə, Rusiya rəsmiləri və Suriyadakı müxaliflərin iştirakı ilə toplantı keçirilib
Region
109
28 Dekabr , 2016 11:58
Türkiyə və Rusiya Suriyada atəşkəsə dair razılığa gəlib

Bakı. 28 dekabr. REPORT.AZ/ Türkiyə və Rusiya Suriyada ümumi atəşkəsin tətbiq edilməsi haqda razılığa gəliblər.

“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, atəşkəsə dair razılaşma sənədi terrorçular istisna edilməklə Suriyadakı bütün tərəflərə göndəriləcək.  

Xəbərdə bildirilib ki, ötən gün Türkiyə, Rusiya rəsmiləri və Suriyadakı müxaliflərin iştirakı ilə toplantı keçirilib.

İnformasiyaya görə, atəşkəs rejimi uğurlu olarsa, Türkiyə və Rusiyanın vasitəçiliyi ilə Bəşşar Əsədin təmsilçiləri və müxaliflər siyasi müzakirələrə başlayacaq. Müzakirələrin Qazaxıstan paytaxtı Astaanada keçirilməsi nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi