Türkiyə və Rusiya Baş Qərargah rəisləri telefonla danışıb

Türkiyə və Rusiya Baş Qərargah rəisləri telefonla danışıb Onlar Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər
Region
8 İyul , 2020 17:00
Türkiyə və Rusiya Baş Qərargah rəisləri telefonla danışıb
Yaşar Gülər və Valeri Gerasimov

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Yaşar Gülərlə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general Valeri Gerasimov arasında telefon danışığı olub.

“Report” “A haber”ə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Baş qərargah rəisləri Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavorov Liviyada atəşkəsə nail olmaq üçün Türkiyə ilə danışıqları davam etdirdiklərini bildirmişdi.

Son xəbərlər

Orphus sistemi