Türkiyə və Rusiya prezidentləri Suriya zirvəsinə hazırlığı müzakirə ediblər

Türkiyə və Rusiya prezidentləri Suriya zirvəsinə hazırlığı müzakirə ediblər Bakı. 27 mart. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Region
27 Mart , 2018 19:21
Türkiyə və Rusiya prezidentləri Suriya zirvəsinə hazırlığı müzakirə ediblər

Bakı. 27 mart. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, tərəflər aprelin 4-də Ankara şəhərində Türkiyə, Rusiya və İran dövlət başçıları arasında Suriyadakı böhranın nizamlanmasına dair keçirilməsi planlaşdırılan zirvə görüşünə hazılığı müzakirə ediblər. 

Ərdoğan və Putin həmçinin ikitərəfli münasibətləri və iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. 

Eyni zamanda Türkiyə prezidenti rusiyalı həmkarına martın 25-də Rusiyanın Kemerovo şəhərində yerləşən "Qış albalısı" Ticarət-Əyləncə Mərkəzində baş verən yanğın nəticəsində 41-i uşaq olmaqla 64 nəfərin həlak olmasına görə başsağlığı da verib.

Son xəbərlər

Orphus sistemi