Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub Tərəflər Suriya böhranını müzakirə ediblər
Region
25 Noyabr , 2016 19:02
Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Bakı. 25 noyabr. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub. 

"Report" "Hürriyet"ə istinadən verdiyi məlumata görə, tərəflər Suriya böhranının həlli məsələsini müzakirə ediblər. 

Xəbərdə bildirilir ki, R.T.Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə həyata keçirdiyi "Fərat qalxanı" hərəkatı çərçivəsində əl-Bab bölgəsindəki əməliyyat zamanı türk hərbçilərinin hücuma məruz qalması barədə rusiyalı həmkarını məlumatlandırıb. 

Hər iki dövlət başçısı Hələbdəki humanitar böhranın həlli üçün səylərin artırılması barədə razılığa gəlib. 

Son xəbərlər

Orphus sistemi