Türkiyə və İsrail diplomatlarının görüşü təsdiqlənib

Türkiyə və İsrail diplomatlarının görüşü təsdiqlənib Mövlud Çavuşoğlu: "Görüşmədən necə anlaşmaq olar?"
Region
25 İyun , 2015 09:43
Türkiyə və İsrail diplomatlarının görüşü təsdiqlənib

Bakı. 25 iyun. REPORT.AZ/ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkə diplomatlarının İsrail nümayəndələri ilə görüşdüyünü təsdiqləyib. 

"Report"un Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, xarici işlər naziri bildirib ki, Türkiyə-İsrail əlaqələrinin normallaşması üçün belə görüşlərin keçirilməsi adi hadisədir.

Məlumata görə, Türkiyə xarici işlər nazirinin müşaviri Ferudin Siniroğlu İtaliyada İsrail Xarici İşlər direktoru ilə görüşüb. Bu görüşü təsdiqləyən nazir deyib: "Görüşmədən necə anlaşmaq olar? Bir müddətdir mütəxəssislər səviyyəsində iki ölkə arasında danışıqlar gedir".

M.Çavuşoğlu "Mavi Mərmərə" hadisəsi nəticəsində ölənlərin ailələrinə təzminatın ödənilməsi və Qəzza zolağındakı blokadadan da danışıb: "Top qarşı tərəfdədir, biz onlardan cavab gözləyirik. İsrail daxilində baş verən siyasi proseslər üzündən bu məsələ bir az uzanıb". 

Son xəbərlər

Orphus sistemi