Türkiyə və İran Suriyadakı vəziyyəti müzakirə edib

Türkiyə və İran Suriyadakı vəziyyəti müzakirə edib Müzakirələr baş qərargah rəisləri arasında aparılıb
Region
21 Yanvar , 2018 23:02
Türkiyə və İran Suriyadakı vəziyyəti müzakirə edib

Bakı. 21 yanvar. REPORT.AZ/ Türkiyə və İranın baş qərargah rəisləri Hülusi Akar və Məhəmməd Hüseyn Baqiri telefon söhbəti zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin hərbi idarəsinin məlumatında deyilir.

"Tərəflər telefon söhbəti zamanı Suriyada təhlükəsizlik məsələlərini müzakirə ediblər, həmçinin terror təşkilatları ilə mübarizədə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıblar", - deyə sənəddə qeyd olunub.

Son xəbərlər

Orphus sistemi