Türkiyə və Gürcüstan XİN rəsmiləri regional təhlükəsizliyi müzakirə ediblər

Türkiyə və Gürcüstan XİN rəsmiləri regional təhlükəsizliyi müzakirə ediblər Gürcüstanın xarici işlər nazirinin birinci müavini Laşa Darsalia Türkiyəyə işgüzar səfər edib.
Region
24 Yanvar , 2022 23:48
Türkiyə və Gürcüstan XİN rəsmiləri regional təhlükəsizliyi müzakirə ediblər
0 : 00
0 : 00

Gürcüstanın xarici işlər nazirinin birinci müavini Laşa Darsalia Türkiyəyə işgüzar səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

L.Darsalia səfər çərçivəsində Türkiyənin XİN başçısının müavini Sedat Önalla görüşüb. Görüşdə ölkələr arasında ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər və strateji tərəfdaşlığın dərinləşdirilməsi ilə bağlı perspektivlər müzakirə olunub.

Tərəflər Gürcüstan və Türkiyə arasında siyasi, ticari-iqtisadi, nəqliyyat, energetika və digər sahələrdə uğurlu və məhsuldar əməkdaşlıqdan məmnunluq ifadə ediblər.

Müzakirələr zamanı NATO-Gürcüstan əməkdaşlığı, qlobal və regional təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.

Türkiyə tərəfi Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə, Avroatlantik səylərinə dəstəyini bir daha təsdiqləyib.

Sonda tərəflər iki ölkə arasında məhsuldar əməkdaşlığın davam etdirilməsi və fəallaşdırılmasına dair hazırlıqlarını ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi