Türkiyə və Gürcüstan Qara dənizdə birgə təlim keçirəcək

Türkiyə və Gürcüstan Qara dənizdə birgə təlim keçirəcək Tbilisi. 7 mart. REPORT.AZ/ Türkiyənin Hərbi Dəniz Qüvvələrinin iki gəmisi - “TCG FATİH” freqatı və “TCG KILIÇ” kateri Gürcüstanın Batumi limanına daxil olub.
Region
7 Mart , 2019 13:59
Türkiyə və Gürcüstan Qara dənizdə birgə təlim keçirəcək

Tbilisi. 7 mart. REPORT.AZ/ Türkiyənin Hərbi Dəniz Qüvvələrinin iki gəmisi - “TCG FATİH” freqatı və “TCG KILIÇ” kateri Gürcüstanın Batumi limanına daxil olub.

“Report”un yerli bürosu xəbər verir ki, Türkiyə gəmiləri Gürcüstanın Daxili İşlər Nazirliyinin Sahil Mühafizəsi Departamentinin əməkdaşları ilə Batumi akvatoriyasında birgə təlimlər keçəcəklər.

İki gün davam edəcək təlimlər Türkiyənin Qara, Egey və Aralıq dənizlərində fevralın 27-dən etibarən keçirdiyi və mart ayının 8-də başa çatacaq “Mavi Vətən 2019” təlimləri çərçivəsində baş tutacaq.

Qeyd edək ki, son 20 ildə Türkiyə təhlükəsizlik və müdafiə sahələrində Gürcüstanla fəal əməkdaşlıq edir, sahil mühafizəsi sisteminin təchizatı və kadrların hazırlanmasında, onların səviyyəsinin NATO standartlarına uyğunlaşdırılmasında kömək göstərir.

Son xəbərlər

Orphus sistemi