Türkiyə və Çinin xarici işlər nazirləri görüşüb

Türkiyə və Çinin xarici işlər nazirləri görüşüb Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Özbəkistanın paytaxtı Daşkənddə çinli həmkarı Van İ ilə görüşüb.
Region
16 İyul , 2021 13:08
Türkiyə və Çinin xarici işlər nazirləri görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Özbəkistanın paytaxtı Daşkənddə çinli həmkarı Van İ ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı nazirlər iki ölkə prezidentlərinin son telefon danışığı zamanı müzakirə etdikləri ikitərəfli əlaqələr və regional inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, görüş Daşkənd şəhərində keçirilən "Mərkəzi və Cənubi Asiya: Regional əlaqələr, yoxlamalar və fürsətlər" mövzusundakı beynəlxalq konfrans çərçivəsində baş tutub.

Son xəbərlər

Orphus sistemi