Türkiyə və Çin XİN başçılarının müzakirə etdiyi məsələlər məlum olub

Türkiyə və Çin XİN başçılarının müzakirə etdiyi məsələlər məlum olub Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pekində Çinin xarici işlər naziri Van İ ilə görüşüb.
Region
12 Yanvar , 2022 17:15
Türkiyə və Çin XİN başçılarının müzakirə etdiyi məsələlər məlum olub

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və çinli həmkarı Van İ arasında baş tutan görüşdə müzakirə olunan mövzular məlum olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyə XİN başçısı tviterdə paylaşım edib.

“İqtisadi əməkdaşlıq imkanlarını müzakirə etdik. Başda uyğurların durumu olmaqla gündəmdəki mövzulara dair fikir mübadiləsi apardıq, gözləntilər və həssaslığımızı çatdırdıq”, - nazir qeyd edib.

15:46

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pekində Çinin xarici işlər naziri Van İ ilə görüşüb.

“Report” xəbər verir ki, məlumatı “Sabah” yayıb.

Nazirlər əvvəlcə təkbətək danışıqlar aparıblar. Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Son xəbərlər

Orphus sistemi