Türkiyə və Belarus liderləri Ukraynanı müzakirə edib

Türkiyə və Belarus liderləri Ukraynanı müzakirə edib Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı baş tutub.
Region
1 Mart , 2022 02:53
Türkiyə və Belarus liderləri Ukraynanı müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı baş tutub.

“Report”un Türkiyə bürosu xəbər verir ki, telefon danışığının əsas mövzusu Belarusda keçirilən Ukrayna-Rusiya heyətləri arasındakı müzakirələr və münaqişənin mümkün həll yolları olub.

Qeyd edək ki, Ukrayna ilə Rusiya arasındakı danışıqların başa çatan birinci mərhələsində növbəti görüşün keçirilməsinə dair tərəflər arasında razılıq əldə olunub.

Danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin üzvü Vladimir Medinski bildirib ki, razılaşmaya əsasən növbəti görüş yaxın günlərdə Polşa – Belarus sərhədində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi