Türkiyə və ABŞ prezidentləri Suriya və İraqdakı son vəziyyəti müzakirə ediblər

Türkiyə və ABŞ prezidentləri Suriya və İraqdakı son vəziyyəti müzakirə ediblər Onlar ABŞ və Türkiyə arasında əlaqələrin müttəfiq ruhlu olduğunu təsdiqləyiblər
Region
31 Mart , 2018 01:04
Türkiyə və ABŞ prezidentləri Suriya və İraqdakı son vəziyyəti müzakirə ediblər

Bakı. 31 mart. REPORT.AZ/ Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu jurnalistlərə Türkiyə lideri administrasiyasındakı mənbə deyib.

Bildirilir ki, Rəcəb Tayyib Ərdoğan və Donald Tramp Suriya və İraqdakı vəziyyəti, həmçinin terrorçuluqla mübarizəni müzakirə ediblər.

"İki lider telefon söhbəti edib. Danışıq zamanı Suriya və İraqdakı son vəziyyəti, terrorçuluqla mübarizəni müzakirə ediblər, ABŞ və Türkiyə arasında əlaqələrin müttəfiq ruhlu olduğunu təsdiqləyiblər", - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi