Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub

Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub Ərdoğan amerikalı həmkarını Suriyadakı kürd silahlı birləşmələrinə dəstəyə son qoymağa çağırıb
Region
24 Yanvar , 2018 23:32
Türkiyə və ABŞ prezidentləri arasında telefon danışığı olub

Bakı. 24 yanvar. REPORT.AZ/ Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışığı olub.

“Report” "CNN Turk"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri administrasiyasındakı mənbə məlumat yayıb.

Bildirilir ki, söhbət zamanı Ərdoğan amerikalı həmkarını Suriyadakı kürd silahlı birləşmələrinə dəstəyə son qoymağa çağırıb.

Öz növbəsində Tramp Afrində vəziyyətin gərginləşməsindən narahatçılığını ifadə edib.

Son xəbərlər

Orphus sistemi