Türkiyə və ABŞ-ın müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər

Türkiyə və ABŞ-ın müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər Türkiyənin milli müdafiə naziri Hulusi Akar amerikalı həmkarı Lloyd Ostinlə telefon danışığı aparıb.
Region
2 Oktyabr , 2021 04:53
Türkiyə və ABŞ-ın müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
Hulusi Akar

Türkiyənin milli müdafiə naziri Hulusi Akar amerikalı həmkarı Lloyd Ostinlə telefon danışığı aparıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Məlumata görə, tərəflər ikitərəfli və regional əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar. Türkiyə və ABŞ-ın müdafiə nazirləri həmçinin müdafiə və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər.

Hulusi Akarla Lloyd Ostin iki ölkə arasında daha sıx əməkdaşlıq və koordinasiya yolu ilə hərbi əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi