Türkiyə Ukrayna Silahlı Qüvvələrinə 15 milyon dollar vəsait ayıracaq

Türkiyə Ukrayna Silahlı Qüvvələrinə 15 milyon dollar vəsait ayıracaq Vəsait hər il 3 milyon dollar olmaqda 5 il ərzində veriləcək
Region
31 Dekabr , 2016 03:58
Türkiyə Ukrayna Silahlı Qüvvələrinə 15 milyon dollar vəsait ayıracaq

Bakı. 31 dekabr. REPORT.AZ/ Ankara və Kiyev Ukrayna Silahlı Qüvvələrinə 5 il ərzində hər il 3 milyon dolların ayrılması barədə saziş imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfirliyi məlumat yayıb.

"Saziş 5 il ərzində hər il 3 milyon dolların ayrılmasını nəzərdə tutur. Türkiyə tərəfindən ayrılacaq vəsait Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün hərbi və ikili təyinatlı malların alınmasına sərf olunacaq", - deyə səfirliyin bəyanatında bildirilir.

Son xəbərlər

Orphus sistemi