Türkiyə hərbçilərin "Azovstal"dan çıxarılması üçün gəmi göndərməyə hazırdır

Türkiyə hərbçilərin "Azovstal"dan çıxarılması üçün gəmi göndərməyə hazırdır Türkiyə Mariupoldakı "Azovstal" metallurgiya zavodundan yaralı ukraynalı hərbçiləri dəniz yolu ilə təxliyə etməyə hazırdır.
Region
293
15 May , 2022 02:41
Türkiyə hərbçilərin Azovstaldan çıxarılması üçün gəmi göndərməyə hazırdır

Türkiyə Mariupol şəhərindəki "Azovstal" metallurgiya zavodundan yaralı ukraynalı hərbçiləri dəniz yolu ilə təxliyə etməyə hazırdır.

"Report" xəbər verir ki, bu fikirləri Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın "Reuters"ə müsahibəsində deyib.

Kalının sözlərinə görə, o, bu təklifi Ukrayna və Rusiya tərəfi ilə müzakirə edib, lakin Moskva bununla razılaşmayıb.

“Azovstal”dan təxliyə edilənlərin əvvəlcə quru yolu ilə Berdyansk limanına çatdırılması planlaşdırılır, daha sonra Türkiyə gəmisi insanları İstanbula çatdıracaq", - Türkiyə Prezidentinin sözçüsü vurğulayıb.

Bundan əvvəl Ukrayna Baş nazirinin müavini İrina Vereşuk hərbçilərin "Azovstal"dan təxliyəsi üçün Türkiyənin vasitəçiliyi ilə danışıqların yeni mərhələsini elan edib.

Son xəbərlər

Orphus sistemi