Ərdoğan: "Türkiyə terrora qarşı mübarizəni təkbaşına həyata keçirməyə məcburdur"

Ərdoğan: "Türkiyə terrora qarşı mübarizəni təkbaşına həyata keçirməyə məcburdur" "İŞİD-ə qarşı mübarizənin ilk sıralarında gedən dövlətlərin ona himayədarlıq edəcək vəziyyətə gəldiyini görürük"
Region
10 Yanvar , 2017 14:18
Ərdoğan: Türkiyə terrora qarşı mübarizəni təkbaşına həyata keçirməyə məcburdur

Bakı. 10 yanvar. REPORT.AZ/ “Bu gün Türkiyə zəif yox, güclü bir dövlət olduğundan daxildən və xaricdən hücumlara məruz qalır”.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli icra nümayəndələri ilə Beştəpədəki prezident iqamətgahındakı çıxışında bildirib.

“Dünənə qədər terrorçu İŞİD-ə qarşı mübarizənin ilk sıralarında gedən dövlətlərin bu gün haradasa ona himayədarlıq edəcək vəziyyətə gəldiyini görürük. Dünyada bir çox ölkənin belə ikiüzlü davranışından üzülürəm. Ancaq bu vəziyyət bizə öz göbəyimizi özümüzün kəsməyimizin vacibliyini göstərir. Yaşadıqlarımız bizə bu gerçəyi izhar edir - Türkiyə terrora qarşı mübarizəni və bölgədə yürütdüyü əməliyyatları təkbaşına, öz imkanları və öz övladları ilə həyata keçirməyə məcburdur” - R.T.Ərdoğan vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi