Türkiyə-Suriya sərhədində beton divarın 556 km tikilib

Türkiyə-Suriya sərhədində beton divarın 556 km tikilib İki ölkə arasında sərhədin uzunluğu 911 km-dir
Region
11 Aprel , 2017 19:18
Türkiyə-Suriya sərhədində beton divarın 556 km tikilib

Bakı. 11 aprel. REPORT.AZ/ “Sərhədlərin fiziki təhlükəsizliyi layihəsi çərçivəsində Suriya ilə sərhəddə 556 km beton divarın tikintisi başa çatıb”.

“Report” xəbər verir ki, Türkiyənin Müdafiə Nazirliyi bu məlumatı “Twitter” səhifəsində yayıb.

Məlumata görə, divar beton blokdan ibarətdir. Hər blokun çəkisi 7 ton, eni 2 metr, hündürlüyü isə 3 metrdir. Divarın tikilməsində əsas məqsəd Suriyadan terrorçuların vəı qaçaqmalçıların Türkiyə ərazisinə girməsinin qarşısını almaqdır.

Qeyd edək ki, Türkiyə ilə Suriya arasında sərhədin uzunluğu 911 km-dir.

Son xəbərlər

Orphus sistemi