Türkiyə Suriya ərazisində monitorinq aparmaq üçün qurğu quraşdırır

Türkiyə Suriya ərazisində monitorinq aparmaq üçün qurğu quraşdırır Türkiyənin 8 tankı və 50 zirehli nəqliyyat vasitəsi də qonşu ölkənin ərazisindədir
Region
13 Oktyabr , 2017 14:56
Türkiyə Suriya ərazisində monitorinq aparmaq üçün qurğu quraşdırır

Bakı. 13 oktyabr. REPORT.AZ/ Türkiyə hərbçiləri Suriyanın İdlib əyalətindəki müşahidə məntəqələrində qurğu quraşdırmağa başlayıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Xəbərdə bildirilib ki, qurğular “münaqişəsiz bölgə"də atəşkəs rejiminin montorinqində istifadə ediləcək. 

Qeyd edək ki, Türkiyə hərbçilərinin İdlibə daxil olması haqqında xəbər oktyabrın 12-də yayılıb. Əyalətə Türkiyənin 200 əsgəri yerləşdirilib, onların 120-si xüsusi təyinatlıdır. Türkiyənin 8 tankı və 50 zirehli nəqliyyat vasitəsi də Suriya ərazisindədir. 

Son xəbərlər

Orphus sistemi