Bakı. 28 iyul. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin tabeliyindən iki qurum çıxarılıb.
"Report" "Haber7"yə istinadən xəbər verir ki, bununla bağlı fövqəladə vəziyyət çərçivəsində alınması zəruri olan tədbirlərlə bəzi idarə və təşkilatlarda tənzimləmələrə dair qanun hökmündə fərman rəsmi qəzetdə dərc olunub.
Sənədə əsasən, Jandarma Baş Komandanlığı və Sahil Mühafizə Komandanlığı Silahlı Qüvvələrdən alınaraq Türkiyə Daxili İşlər Nazirliyinin sərəncamına verilib.
Qeyd edək ki, Türkiyədə dövlət çevrilişi cəhdindən sonra güc strukturlarında islahatlar başlayıb. Gülhanə Hərbi Tibb Akademiyasının (GATA) da Silahlı Qüvvələrdən alınaraq Türkiyə Səhiyyə Nazirliyinin tabeliyinə veriləcəyi bildirilir.