​Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının qiyamçı hərbçilərdən azad olunması üçün əməliyyat başlayır

​Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının qiyamçı hərbçilərdən azad olunması üçün əməliyyat başlayır Xüsusi təyinatlı polis qüvvələri Türkiyə Daxili İşlər Nazirliyinin Baş Polis İdarəsinə toplaşıb
Region
16 İyul , 2016 10:50
​Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının qiyamçı hərbçilərdən azad olunması üçün əməliyyat başlayır

Bakı. 16 iyul. REPORT.AZ/ Türkiyə polisi Silahlı Qüvvələrin Baş Qərargahının qiyamçı hərbçilərdən azad olması üçün əməliyyat hazırlaşır.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Xəbərə görə, Antalya, Niğdə və digər bölgələrdən göndərilən xüsusi təyinatlı polis qüvvələri Türkiyə Daxili İşlər Nazirliyinin Baş Polis İdarəsinə toplaşıb. Burada aparılacaq planlaşdırmadan sonra polis qüvvələrinin çevrilişə cəhd edənləri həbs etmək üçün Silahlı Qüvvələrin Baş Qərargahında əməliyyat keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi