Türkiyədə 223 qanunsuz miqrant saxlanılıb

Türkiyədə 223 qanunsuz miqrant saxlanılıb Türkiyənin qərbində ölkə sərhədini qanunsuz keçməyə çalışan 223 miqrant saxlanılıb.
Region
13 May , 2019 02:55
Türkiyədə 223 qanunsuz miqrant saxlanılıb

Türkiyənin qərbində ölkə sərhədini qanunsuz keçməyə çalışan 223 miqrant saxlanılıb.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, ölkənin Sahil Mühafizəsi Xidməti Aydın vilayətinin Quşadası rayonu sahilində 60 qanunsuz miqrantı saxlayıb. Saxlanılanlar arasında 22 uşaq var. Miqrantlardan 55-i Əfqanıstan, 5-i isə İran vətəndaşlarıdır.

Eyni zamanda Quşadası sahillərində 47 qanunsuz miqrant, İzmir vilayətinin Çeşmə ərazisində isə 116 miqrant saxlanılıb.

Ötən ayın sonlarında da Türkiyədə onlarla qanunsuz miqrant saxlanılıb.

Son xəbərlər

Orphus sistemi