Türkiyə səfirliyi yol qəzasında ölən azərbaycanlıların ailələrinə başsağlığı verib

Türkiyə səfirliyi yol qəzasında ölən azərbaycanlıların ailələrinə başsağlığı verib Türkiyənin Azərbaycandakı Səfirliyi Qarsın Sarıkamış rayonunda dünən baş verən ağır yol qəzasında ölən azərbaycanlıəların ailələrinə başsağlığı verib.
Region
19 Dekabr , 2021 12:57
Türkiyə səfirliyi yol qəzasında ölən azərbaycanlıların ailələrinə başsağlığı verib

Türkiyənin Azərbaycandakı Səfirliyi Qars şəhərinin Sarıqamış rayonunda dünən baş verən ağır yol qəzasında ölən azərbaycanlıların ailələrinə başsağlığı verib.

Bu barədə "Report" səfirliyin tviterdəki hesabına istinadən xəbər verir.

“Qarsın Sarıqamış rayonunda baş verən avtobus qəzasında ikisi Azərbaycan vatandaşı olmaqla dörd nəfər həyatını itirib. Vəfat edən bütün qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbirlə başsağlığı, yaralılara şəfalar diləyirik”, - səfirliyin tviterdəki hesabında qeyd edilib.

Son xəbərlər

Orphus sistemi