Türkiyə Səfirliyi Bakının azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib

Türkiyə Səfirliyi Bakının azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib “Bakının qurtuluşunun 103-cü ildönümündə başda Qafqaz İslam Ordusunun müzəffər komandanı Nuru Paşa olmaqla onun qəhrəman əsgərlərini, əziz şəhidlərimizi şükran və rəhmətlə anırıq”.
Region
14 Sentyabr , 2021 23:40
Türkiyə Səfirliyi Bakının azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib

“Bakının qurtuluşunun 103-cü ildönümündə başda Qafqaz İslam Ordusunun müzəffər komandanı Nuru Paşa olmaqla, onun qəhrəman əsgərlərini, əziz şəhidlərimizi şükran və rəhmətlə anırıq”.

“Report” xəbər verir ki, bu fikirlər Türkiyənin Azərbaycandakı Səfirliyinin feysbukdakı səfirliyində Bakının bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü ilə bağlı paylaşımında yer alıb.

“Türkiyə-Azərbaycan qardaşlığı “bir millət, iki dövlət” anlayışı ilə əbədi yaşayacaqdır”, - paylaşımda vurğulanıb.

Son xəbərlər

Orphus sistemi