Türkiyə səfiri azərbaycanlı xanım aşıqla birgə Gürcüstan parlamentində görüş keçirib

Türkiyə səfiri azərbaycanlı xanım aşıqla birgə Gürcüstan parlamentində görüş keçirib Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan tanınmış aşıq Nargilə Mehtiyeva ilə birgə bu ölkənin parlamentində olub.
Region
12 May , 2022 12:22
Türkiyə səfiri azərbaycanlı xanım aşıqla birgə Gürcüstan parlamentində görüş keçirib

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan tanınmış aşıq Nargilə Mehtiyeva ilə birgə bu ölkənin parlamentində olub.

“Report”un yerli bürosu xəbər verir ki, qanunverici orqanın Mədəniyyət komitəsinin rəhbəri Eliso Bolkvadze ilə keçirilən görüşdə Türkiyə və Gürcüstan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub.

Bildirilib ki, Gürcüstan-Türkiyə diplomatik əlaqələri və dostluq münasibətləri haqqında sənədli filmin hazırlanması planlaşdırılıb və birgə yaradılacaq ekran əsəri ilə bağlı yaxın zamanlarda layihə yazılacaq.

Qeyd olunub ki, Batumi Beynəlxalq Musiqi və İncəsənət Festivalı çərçivəsində iki ölkə arasında diplomatik əlaqələrin bərpasının 30-cu ildönümünə həsr olunacaq gecə təşkil ediləcək. Tərəflər azərbaycanlı xanım musiqiçinin də mərasimə cəlb olunması imkanlarını müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi