Türkiyə Sahil Mühafizəsi 130 qaçqını ölümdən xilas etdi

Türkiyə Sahil Mühafizəsi 130 qaçqını ölümdən xilas etdi Türkiyənin Aydın şəhərinin Quşadası rayonu sahillərinə yaxın bölgədəki qayıqlarda boğulma təhlükəsi altında olan miqrantlar xilas edilib.
Region
5 mart 2020 08:12
Türkiyə Sahil Mühafizəsi 130 qaçqını ölümdən xilas etdi
Anadolu Ajansı

Türkiyənin Aydın şəhərinin Quşadası rayonu sahillərinə yaxın bölgədəki qayıqlarda boğulma təhlükəsi altında olan miqrantlar xilas edilib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, Yunanıstan sərhədindən qovulan ümumilikdə 130 qaçqın 3 rezin qayıqda olub. Qayıqları batma təhlükəsindən Türkiyə Sahil Mühafizəsi əməkdaşları qurtarıb.

Məlumata görə, uşaq və qadınların da olduğu qayıqlarda Suriyanın 89, Əfqanıstanın 41 vətəndaşı olub. 

Son xəbərlər

Orphus sistemi