Türkiyə Rusiyanın kənd təsərrüfatı məhsullarının bəzilərinin idxalına məhdudiyyət qoyub

Türkiyə Rusiyanın kənd təsərrüfatı məhsullarının bəzilərinin idxalına məhdudiyyət qoyub Aleksandr Tkaçov: “Biz bunu gözləmirdik”
Region
19 Aprel , 2017 17:52
Türkiyə Rusiyanın kənd təsərrüfatı məhsullarının bəzilərinin idxalına məhdudiyyət qoyub

Bakı. 19 aprel. REPORT.AZ/ Türkiyə Rusiyada istehsal olunan bəzi kənd təsərrüfatı mallarının ölkəyə gətirilməsinə məhdudiyyət tətbiq edib.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçov yaranmış vəziyyəti belə dəyərləndirib: “Biz bunu gözləmirdik. Kürəyimizdən bıçaqlandıq. Türkiyə ilə əlaqələrimizin normallaşacağına ümid edirik”.

Qeyd edək ki, Türkiyə buğda daxil olmaqla, bəzi kənd təsərrüfatı məhsullarının Rusiyadan alınmasına məhdudiyyət qoyub. 

Son xəbərlər

Orphus sistemi