Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndə heyətlərinin taxılla bağlı növbəti görüşünün vaxtı açıqlanıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, dördtərəfli görüş iyulun 20-21-də keçiriləcək.
Qeyd edək ki, ilk dördtərəfli görüş iyulun 13-də baş tutub. Bu görüşdə İstanbulda Ukrayna taxılına dair koordinasiya mərkəzinin yaradılması barədə qərar qəbul olunub.