​Türkiyə Rusiyaya etiraz notası verib

​Türkiyə Rusiyaya etiraz notası verib Kremlin Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb
Region
1022
20 Noyabr , 2015 19:04
​Türkiyə Rusiyaya etiraz notası verib

Bakı. 20 noyabr. REPORT.AZ/ Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Türkiyə XİN-də səfirə Suriyadakı türkmən kəndlərinin Rusiya qırıcıları tərəfindən bombalanması ilə əlaqədar etiraz notası təqdim edilib.

"Rusiyanın məqsədi Suriyada terrora qarşı mübarizə deyil, dinc türkmənlərin kəndlərini bombalamaqdır", - səfirin diqqətinə çatdırılıb.

Eyni zamanda, Rusiyadan türkmən kəndlərinin bombalanmasının dayandırılması tələb edilib. 

Qeyd edək ki, ötən gecə Rusiyanın döyüş təyyarələrinin türkmənlərin yaşadığı Türkmən dağı, Bayırbucaq və başqa bölgələri bombalaması nəticəsində çoxlu sayda dinc sakin həyatını itirib.

Son xəbərlər

Orphus sistemi