Türkiyə rəsmisi: “Ciddilikdən uzaq yanaşmaları rədd edirik”

Türkiyə rəsmisi: “Ciddilikdən uzaq yanaşmaları rədd edirik” Bakı. 30 mart. REPORT.AZ/ “Türkiyə ilə terror qrupları arasında “dialoq, təmas, vasitəçilik” qurmaq kimi ciddilikdən uzaq yanaşmaları rədd edirik”.
Region
30 Mart , 2018 11:19
Türkiyə rəsmisi: “Ciddilikdən uzaq yanaşmaları rədd edirik”

Bakı. 30 mart. REPORT.AZ/ “Türkiyə ilə terror qrupları arasında “dialoq, təmas, vasitəçilik” qurmaq kimi ciddilikdən uzaq yanaşmaları rədd edirik”.

“Report” “Haberturk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının sözçüsü İbrahim Kalın deyib. 

Fransa Prezidenti Emmanuel Makronun terrorçu PKK qruplaşmasının Suriyadakı qollarında biri olan YPG-yə dəstəyinə münasibət bildirən İ.Kalın vurğulayıb ki, müttəfiq ölkələr terrora qarşı qəti mövqe göstərməlidir: "Terror qrupları ilə vasitəçilik yaxınlaşmasını rədd edirik."

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron terrorçu PKK/YPG-PYD-dən formalaşan Suriya Demokratik Gücləri (SDG) ilə Türkiyə arasında vasitəçilik etmək istədiyini bildirib: “SDG ilə Türkiyə arasında vasitəçilik etmək istəyirəm”.

Son xəbərlər

Orphus sistemi