​Türkiyə prezidentinin qızına sui-qəsd planının üstü açılıb

​Türkiyə prezidentinin qızına sui-qəsd planının üstü açılıb Süməyya Ərdoğan Rəcəb Tayyib Ərdoğanın fəxri məsləhətçisi sayılır
Region
20 Fevral , 2015 15:06
​Türkiyə prezidentinin qızına sui-qəsd planının üstü açılıb

Bakı. 20 fevral. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Süməyya Ərdoğana qarşı sui-qəsd planının üstü açılıb.

"Report" Türkiyənin "Sabah" saytına istinadən xəbər verir ki, bu, Emre Uslunun idarə etdiyi "@fuatavni_f" hesabı ilə Türkiyənin Cümhuriyyət Xalq Partiyasının üzvü Umut Oranın və "@saslojal" adlı istifadəçı arasındakı mesajlaşmanın mətni mütəxəssislər tərəfindən araşdırıldıqdan sonra məlum olub.

Xəbərdə bildirilib ki, təhlükəsizlik üzrə mütəxəssislər bu yazışmaların 2015-ci il yanvarın 31-də olduğunu müəyyənləşdiriblər.

Məlumata əsasən, bir müddət öncə ölkə prezidenti R.T.Ərdoğan "ailəm və mən təhdid altındayıq" demişdi.

Xəbərdə bildirilib ki, Uslu yazılarında Orana Fətullah Gülənin "tələblərinə baxın" təlimatı ilə sui-qəsdin başlayacağını bildirib. Mesajda ABŞ-dan bir muzdlu qatil tutduqları, hətta onun İstanbula gəldiyi qeyd edilib.

Uslu "@saslojal" adlı istifadəçiyə isə qatilin "ölümü belə göz önünə alacaq biri" olmasının vacibliyini yazıb.

Xatırladaq ki, Süməyya Ərdoğan Türkiyə prezidentinin iki qızından biridir. O, Rəcəb Tayyib Ərdoğanın fəxri məsləhətçisi sayılır.

Son xəbərlər

Orphus sistemi