Bakı. 4 oktyabr. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfəri başlayıb.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, dövlət başçısı Tehranda Türkiyə-İran Strateji Şuranın toplantısına qatılacaq.
Məlumata görə, İran paytaxtında keçiriləcək görüşlərdə Türkiyə-İran əlaqələrinin, bölgədəki vəziyyətin müzakirə ediləcəyi gözlənilir.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hulusi Akar da hazırda İrandadır. O, Tehrana oktyabrın 2-də gedib.