Türkiyə prezidentinin Afrikanın bir sıra ölkələrinə səfəri başlayıb

Türkiyə prezidentinin Afrikanın bir sıra ölkələrinə səfəri başlayıb Rəcəb Tayyib Ərdoğan artıq Tanzaniyadadır
Region
23 Yanvar , 2017 11:26
Türkiyə prezidentinin Afrikanın bir sıra ölkələrinə səfəri başlayıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikanın bir sıra ölkələrinə səfərə başlayıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, səfərlərinə Tanzaniyadan başlayıb. Dövlət başçısı adıçəkilən ölkədədir.

Tanzaniyadan əlavə, Türkiyə lideri Mozambik və Madaqaskara da səfər edəcək. Səfər zamanı R.T.Ərdoğan bu ölkələrlə ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələlərini, eləcə də Fətullah Gülənin başçılıq etdiyi FETÖ terror təşkilatı ilə mübarizə məsələsini müzakirə edəcək.

Son xəbərlər

Orphus sistemi