Bakı. 11 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünə yeni sözçü təyib edib. "Report"un "Anadolu" agentliyinə istinadən məlumatına görə, bu barədə Türkiyə prezidentinin mətbuat məsələləri üzrə baş müşaviri Lütfüllah Göktaş açıqlama verib.
Onun sözlərinə görə, bu vəzifəyə səfir İbrahim Kalın gətirilib: "O, sözçü kimi Türkiyə prezidenti adından zəruri hallarda bəyanat verə, ölkə gündəmindəki mövzularla bağlı açıqlamalarla çıxış edə biləcək".