Türkiyə Prezidenti: Yaxın 4-5 il ərzində partiya və administrasiya buraxılmış səhvləri düzəldəcək

Türkiyə Prezidenti: Yaxın 4-5 il ərzində partiya və administrasiya buraxılmış səhvləri düzəldəcək "Yaxın 4-5 il ərzində partiya və administrasiya buraxılmış səhvləri düzəldəcək".
Region
1 Aprel , 2024 02:21
Türkiyə Prezidenti: Yaxın 4-5 il ərzində partiya və administrasiya buraxılmış səhvləri düzəldəcək

"Yaxın 4-5 il ərzində partiya (Ədalət və İnkişaf Partiyası (AKP) - Qeyd) və administrasiya buraxılmış səhvləri düzəldəcək".

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada çıxışı zamanı deyib.

"Ötən il başlayan ümumi və bələdiyyə seçkiləri marafonu bu gün başa çatıb. Hələ dörd ildən çox vaxtımız var. Bu dörd-beş ildə biz daha çox ölkəmizin aktual problemlərinə, xüsusilə zəlzələdən zərər çəkmiş rayonların bərpasına, iqtisadi problemlərimizin həllinə diqqət yetirəcəyik.

Millətin seçkilər zamanı bizə verdiyi mesajları mümkün qədər dəqiq və obyektiv təhlil etmək üçün lazım olan hər şeyi edəcəyik. Biz bir daha xalqımıza və bütün Türkiyəyə söz veririk - 85 milyonluq vətəndaşımızın hər birinin rifahını, əmin-amanlığını, təhlükəsizliyini və ümidlərini yaxşılaşdırmaq üçün yorulmadan çalışacağıq"-deyə, o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi