​Türkiyə prezidenti Türkmənistana səfər edəcək

​Türkiyə prezidenti Türkmənistana səfər edəcək Bu, parlament seçkilərindən sonra Rəcəb Tayyib Ərdoğanın üçüncü rəsmi səfəridir
Region
2 Dekabr , 2015 18:06
​Türkiyə prezidenti Türkmənistana səfər edəcək

Bakı. 2 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 11-12-də Türkmənistana səfər edəcək.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bu haqda Türkiyə prezidentinin administrasiyası məlumat yayıb.

Məlumata görə, bu, Türkiyə Böyük Millət Məclisinə seçkilərdən sonra Rəcəb Tayyib Ərdoğanın üçüncü rəsmi səfəridir. Seçkidən sonra o, birinci səfərini Azərbaycana, ikincini isə Qətərə edib.

Qeyd edək ki, Türkiyə prezidentinin Türkmənistana səfəri oktyabrın 12-nə planlaşdırılmışdı. Ancaq Ankarada törədilən terror aktına görə bu səfər təxirə salınmışdı. 

Son xəbərlər

Orphus sistemi