Türkiyə prezidenti: "Türkiyə daha Suriyadan qaçqınlar qəbul etməyə qadir deyil"

Türkiyə prezidenti: "Türkiyə daha Suriyadan qaçqınlar qəbul etməyə qadir deyil" "Suriyanın İdlib vilayətindəki vəziyyət risk nöqtəsinə gəlib çatıb"
Region
7 Sentyabr , 2018 16:03
Türkiyə prezidenti: Türkiyə daha Suriyadan qaçqınlar qəbul etməyə qadir deyil

Bakı. 7 sentyabr. REPORT.AZ/ "Türkiyə daha Suriyadan qaçqınlar qəbul etməyə qadir deyil".

"Report" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda iranlı və rusiyalı həmkarları ilə üçtərəfli görüşdə deyib.

O həmçinin vurğulayıb ki, Suriya ordusunun İdlibdə əməliyyatlar keçirməsi humanitar fəlakətə səbəb ola bilər: "Suriyanın İdlib vilayətindəki vəziyyət risk nöqtəsinə gəlib çatıb. Bu region Türkiyənin təhlükəsizliyi üçün vacibdir".

Son xəbərlər

Orphus sistemi