Türkiyə prezidenti TRT-də referendumla bağlı təbliğat çıxışı hüququndan imtina edib

Türkiyə prezidenti TRT-də referendumla bağlı təbliğat çıxışı hüququndan imtina edib Onun 10 dəqiqəlik iki dəfə çıxış etmək haqqı var
Region
30 Mart , 2017 14:59
Türkiyə prezidenti TRT-də referendumla bağlı təbliğat çıxışı hüququndan imtina edib

Bakı. 30 mart. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-də referendumla bağlı təbliğat çıxışı haqqından istifadə etməyəcək.

“Report” "Cümhuriyet"ə istinadən xəbər verir ki, siyasi partiyalar TRT-də təbliğat çıxşlarını aprelin 9-15 tarixləri arasında edəcək.

Türkiyə prezidentinin də biri təbliğat kampaniyasının sonuncu günündə olmaqla 10 dəqiqəlik iki dəfə çıxış etmək hüququ var.

Məlumata görə, Türkiyə Yüksək Seçim Komissiyası ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğana bu haqqından istifadə edib-etməyəcəyi barədə yazılı məktub göndərib. Prezident Administrasiyası onun bu hüququndan istifadə etməyəcəyini bildirib.

Türkiyənin 11-ci prezidenti Abdullah Gül 2007-ci ildə keçirilən referndumda bu hüququndan istifadə etsə də, 2010-cu ildə istifadə etməyib.

Son xəbərlər

Orphus sistemi