Türkiyə Prezidenti: "Seçicilərin fəallığı kifayət qədər yüksəkdir"

Türkiyə Prezidenti: "Seçicilərin fəallığı kifayət qədər yüksəkdir" “İlk dəfə idi ki, Türkiyə tarixində seçkilər ikinci tura qalırdı”.
Region
28 May , 2023 13:20
Türkiyə Prezidenti: Seçicilərin fəallığı kifayət qədər yüksəkdir

“Türkiyə tarixində ilk dəfədir ki, prezident seçkiləri ikinci tura qalıb”.

“Report”un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyə Prezidenti, “Cümhur İttifaqı”nın prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin ikinci turu üzrə səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, seçicilərin fəallığı kifayət qədər yüksəkdir.

R.T.Ərdoğan bir daha seçiciləri səsvermədə daha fəal iştirak etməyə çağırıb: “Arxayınlaşmaq olmaz. Hər kəs səsinə sahib çıxmalıdır”.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu bu gün keçirilir. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparır. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.
“Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

S.Oğan ikinci turda R.T.Ərdoğanı dəstəklədiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi