Türkiyə prezidenti Rusiya və İrana müraciət etdi

Türkiyə prezidenti Rusiya və İrana müraciət etdi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya məsələsi ilə bağlı Rusiya və İrana müraciət edib.
Region
5385
3 Mart , 2020 04:56
Türkiyə prezidenti Rusiya və İrana müraciət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya məsələsi ilə bağlı Rusiya və İrana müraciət edib.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

“Mən yenidən Rusiyaya və İrana müraciət edirəm - Türkiyənin Suriyada sizinlə heç bir problemi yoxdur", - deyə dövlət başçısı bildirib.

Prezident vurğulayıb ki, Türkiyə rəsmi Ankaranın qan tökülməsinin qarşısının alınmasındakı həssaslığını bu ölkənin zəifliyi hesab edənlərə qarşı güc nümayiş etdirir.

“Türkiyə hərəkətlərində öz vəsaitlərinə və xalqın dəstəyinə əsaslanır, heç bir ölkənin və ya strukturun köməyinə arxalanmır. Türkiyə uzağı görməyən dairələrə göstərdi ki, təzyiqə boyun əyməyən böyük bir dövlətdir", - dövlət başçısı deyib.

“Bahar qalxanı” əməliyyatının gedişini müzakirə edən Ərdoğan bildirib ki, Bəşşar Əsədin tərəfdarlarının canlı qüvvə və texnika itkiləri “yalnız başlanğıcdır”.  

Son xəbərlər

Orphus sistemi