Türkiyə prezidenti Özgecan Aslanın ailə üzvlərini qəbul edib

Türkiyə prezidenti Özgecan Aslanın ailə üzvlərini qəbul edib Qatillərin məhkəmə prosesi yaxın günlərdə Mersin şəhərində başlayacaq
Region
1 May , 2015 06:14
Türkiyə prezidenti Özgecan Aslanın ailə üzvlərini qəbul edib

Bakı. 1 May. REPORT.AZ/ Türkiyə prezidenti Recep Tayyip Erdoğan fevral ayında ölkənin cənubunda vəhşicəsinə qətlə yetirilən 20 yaşlı tələbə qız Özgecan Aslanın ailə üzvlərini qəbul edib.

"Report"un "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, görüşdə Özgecanın anası, atası, qardaşı və bacısı iştirak ediblər.

Xatırladaq ki, tələbə qız onu zorlamağa cəhd edən avtobus sürücüsünə müqavimət göstərərkən bıçaqlanıb. Özgecanın baş nahiyəsindən dəmir boru zərbəsi aldığı da bildirilir. Mersin şəhərinin polis əməkdaşları 20 yaşlı qızın yanmış cəsədini çayın kənarında aşkar ediblər.

Hadisə ilə bağlı həbs olunan üç şəxsin - mikroavtobus sürücüsü, onun atası və dostu - məhkəmə prosesi isə yaxın günlərdə Mersin şəhərində başlayacaq.

Prokurulorluq hər üç şəxsin ömürlük həbs cəzasına məhkum edilməsini tələb edir.

Son xəbərlər

Orphus sistemi