Türkiyə prezidenti ölkədəki erməni kilsəsinin başçısına məktub ünvanlayıb

Türkiyə prezidenti ölkədəki erməni kilsəsinin başçısına məktub ünvanlayıb Rəcəb Tayyib Ərdoğan: “I Dünya müharibəsində çətin şərtlər daxilində həyatını itirən milyonlarla Osmanlı vətəndaşına Allahdan rəhmət diləyirəm”
Region
24 Aprel , 2017 17:47
Türkiyə prezidenti ölkədəki erməni kilsəsinin başçısına məktub ünvanlayıb

Bakı. 24 aprel. REPORT.AZ/ “XX əsrin əvvəlində Osmanlı ərazisində həyatını itirən erməniləri bir daha yad edirəm. I Dünya müharibəsində çətin şərtlər daxilində həyatını itirən milyonlarla Osmanlı vətəndaşına Allahdan rəhmət diləyirəm”.

“Report” "Habertürk"ə istinadən xəbər verir ki, bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkədəki erməni kilsəsinin başçısı Aram Ateşiyana ünvanladığı məktubda vurğulanıb.

“Ölkəmizdəki erməni icmasının əmin-amanlığı, təhlükəsizliyi və firavan yaşaması bizim üçün çox əhəmiyyətlidir. Erməni vətəndaşımızın özünü ikinci sort hiss etməsi tərəfimizdən qəbuledilməzdir”, - Türkiyə prezidenti bildirib.

Son xəbərlər

Orphus sistemi